...

Pulla oxumağı sevmirəm-rusiyalı musiqiçi Vladimir Sirulnik

Cəmiyyət Materials 7 İyul 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Festivalın ən fəal qonaqlarından biri də 70-ci illərin gözəl musiqiçisi Vladimir Sirulnikdir. O, çoxdandır ki, Azərbaycanda yaşamır. Nijni Novqoroddan bu festivala təşrif buyurub.

-Siz deyəsən müəllif mahnı klubunun ilk üzvlərindənsiniz?

-Bəli. Mən 1975-ci ildə keçirilən Bakı müəllif mahnı klubunun ilk iştrakçılarındanam. O vaxt klubun ilk iki konsertində oxuyurdum. Sonradan elə alındı ki, Rusiyanın Niyeqorod vilayətinə getməli oldum və orada yerli müəllif mahnı klubunda fəaliyyətə başladım. Sonuncu dəfə 1988-ci ildə Bakıda olmuşam. Artıq 20 il keçib.

-Belə çıxır ki, Bakının müəllif mahnı klubu ilə o qədər də yaxından tanış deyilsiniz?

-Bakıda dostlarım var ki, hər zaman bard mədəniyyətindən mənə xəbərlər verirdilər. Moskvada 2004-cü ildə Bakının müəllif mahnı klubunun üzvlərinin konserti təşkil olunmuşdu. Həmin konsertdə mən də iştirak edirdim.

-Yadınızda qalan təəssuratlarınız varmı?

-Klubun gənc üzvlərinin iştirakı çox xoşuma gəldi. Bu o deməkdir ki, bard mədəniyyəti inkişaf edir. Axı belə bir fikir formalaşıb ki, müəllif mahnısı onun yaradıcısı ilə birlikdə ölür. Lakin sizdə gənclər var, deməli bu musiqinin gələcəyi də var.

-Deyirlər ki, bakılı bardçılar Rusiyada özlərinə yer tapa bilməyiblər. Bu düzdürmü?

-Bu haqda mənə danışmaq çox çətindir...

-Bəs siz özünüzü bakılı bardçı hesab edirsiniz?

-Rusiyaya bakılı bardçı kimi getmişəm. Həmişə də məni çox gözəl qarşılayıblar. Lakin mən həvəskar musiqiçiyəm, oxumağımla pul qazanmaq istəmirəm. Dostlarım deyir ki, gəl səni reklam etdirək. Əvvəla artıq gecdir, ikincisi də əgər mən pula oxusam onda gərək tamaşaçıların istədiklərini ifa edim. Belə də isə ürəyim nəyi istəyir oxuyuram. Onu da deyim ki, tanınmış bardçılar öz yaradıcılıqları ilə pul qazana bilərlər.

-Gələcəkdə festivallara gəlməyi planlaşdırırsınız?

-Əgər dəvət etsələr böyük məmuniyyətlə. Əvvəllər bura gəlmək istəsəm də nədənsə reallaşmırdı. Festival gözəl şeydir-bu dostlarla görüşməyə böyük imkan yaradır.

Xəbər lenti

Xəbər lenti