...

Azərbaycanın Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qəbul etdiyi qərarlarda ehtiyatlı olmalıdır – Venesiya komissiyasının Baş katibi

Cəmiyyət Materials 14 İyul 2008 12:21 (UTC +04:00)
Azərbaycanın Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qəbul etdiyi qərarlarda ehtiyatlı olmalıdır – Venesiya komissiyasının Baş katibi

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbirK.Zərbalıyeva/ Azərbaycanın Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qəbul etdiyi qərarlarda ehtiyatlı olmalıdır. Bunu bazar ertəsi Azərbaycan Konstitusiya Məhkəməsinin yaranmasının 10 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda Venesiya komissiyasının Baş katibi Canni Bukikkio deyib. O bildirib ki, KM-nin seçkilərlə bağlı səhf qərarları siyasi parçalanmaya, xalq arasında narazılığa səbəb ola bilər, buna görə də, KM-nin seçki ilə bağlı qərarları obyektiv olmalıdır. Bukikkio Azərbaycanda seçki prosesinin şəffaf və ədalətli keçiriləcəyinə ümidvar olduğunu bildirib. Venesiya komissiyasının Baş katibi qeyd edib ki, KM-nin qərarları digər qurumlar tərəfindən qəbul edilməli, həmin qərarların icrası üçün xüsus mexanizm müəyyən edilməlidir.

Trend -un arayışı: Azərbaycanda növbəti prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası bu ayın sonunda seçkinin keçiriləcəyi dəqiq tarixi açıqlayacaq.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Xəbər lenti

Xəbər lenti