...

Azərbaycanın "Qarabağ" klubu Fransadan və Makedoniyadan olan futbolçuları baxışdan keçirəcək

Cəmiyyət Materials 15 İyul 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Fransadan və Makedoniyadan olan futbolçuları baxışdan keçməyə dəvət edib. Bu barədə çərşənbə axşamı Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama oyunlarında sınamaq istədiyi futbolçulardan biri sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Şirum Arslanidir. Makedoniyadan olan futbolçunun 28 yaşı var.

Azərbaycan klubunun baxışa dəvət etdiyi Kərim adlı digər futbolçu isə hücumçu mövqeyində çıxış edir. Əlcəzair əsilli Fransa vətəndaşı olan oyunçunun 28 yaşı var.

Hər iki futbolçu "Qarabağ"ın heyətində yoxlama oyunlarında baxışdan keçəcək.

"Qarabağ" klubunun baş məşqçisi Türkiyədən olan Rasim Karadır.

Xəbər lenti

Xəbər lenti