Azərbaycanın futbol üzrə yığma komandasının rəqibi dəyişib
Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandasının yoxlama oyununda görüşəcəyi rəqib dəyişib. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığma komandasının bu gün Yəmən millisi ilə oynayacağı planlaşdırılmışdı.
AFFA-nın mətbuat xidmətinin məlumatına görə, azərbaycanlı futbolçuların rəqibi dəyişib və komanda bu gün Türkiyənin İstanbul şəhərini təmsil edən "Cankurtaran" klubu ilə görüşəcək.
Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadədir.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ