...

Gülyanaq Məmmədova oğlan dünyaya gətirdi

Cəmiyyət Materials 25 İyul 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /TrendLife müxbir G.Rüstəmova

Əməkdar artist Gülyanaq Məmmədova iyulun 22-də axşam saatlarında oğlan uşağı dünyaya gətirib. Gülyanaq xanımın həyat yoldaşı Ziya müəllimin TrendLife-a bildirdiyinə görə, ananın və uşağın vəziyyəti normaldır və hazırda onlar ev şarəitindədirlər. Oğluna seyid adı verildiyini deyən müğənninin həyat yoldaşı bunu təsadüf adlandırmadı:

"Mən Zəngilanlı Seyid Həsən ağaya yaxın qohumlardanam. Qızım dünyaya gələndə onun adını Seyid Əsla qoyduq. Oğluma isə İbrahim peyğəmbərin oğlu Miryaqubun adını verdik. Uşaq 3,5 kq çəkisində dünyaya gəlib. Dünən Gülyanaqla oğlumu xəstəxanadan evə gətirmişik".

Həmsöhbətimin əlavəsinə görə, o, ailəsi ilə birlikdə bir müddət burada yaşamağı və Ramazan ayında Türkiyəyə anasının yanına getməyi planlaşdırırlar. Yaz aylarında isə Gülyanaq Məmmədovanın konsert layihəsinin hazırlıqları başlayacaq. Müğənni geniş proqramla çıxış etməyi qarşısına məqsəd qoyub.

Xəbər lenti

Xəbər lenti