...

Azərbaycanın texnikumlarına sənəd verənlərin sayı artıb

Cəmiyyət Materials 8 Avqust 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın orta ixtisas (texnikum) məktəblərinə sənəd verənlərin sayı ötən illə müqayisədə 10 min nəfər artıb və 24 minə çatıb.

Trend -un arayışı: Cari ildə Azərbaycanın ali məktəblərində ayrılmış 28132 plan yerinə 26571 abituriyent qəbul olub. Qəbul planı 94,5 % dolub. Ali məktəblərə qəbul olanlar avqustun 11-dən 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.

"Bu isə onu göstərir ki, abituriyentlər arasında texnikumlara maraq artıb", cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Komissiya sədri qeyd edib ki, orta məktəbin 9 illiyini bitirmiş abituriyentlərin orta ixtisas məktəblərinə qəbulu da yaxın vaxtlarda keçiriləcək. Onun sözlərinə görə, orta itxtisas məktəblərinə imtahanlar Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Sumqayıt və Gəncədə də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti