...

Koreyali gənclər Lənkəranda olublar

Cəmiyyət Materials 18 Avqust 2008 22:16 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 18 avqust  / Trend /  Koreyalı gənclərdən ibarət ilk nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində avqustun 18-də Lənkəranda  olub. Səfər Prezident İlham Əliyevin 2007-ci il 21 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikası Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən baş tutub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqlarla görüşdə ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində belə səfərlərin əhəmiyyətini yüksək qiymətləndirərək Nümayəndə heyətinin üzvlərinə Lənkəranın  qədim tarixi, mədəniyyət abidələri, iqtisadi inkişafı, özünəməxsus milli adət-ənənələri, rayonun turizm imkanları, gənclərlə bağlı aparılan iş və digər məsələlər barədə ətraflı məlumat verib.

Daha sonra koreyalı qonaqlar şəhərin görməli yerlərini gəzərək, Tarix diyarşünaslıq muzeyi, Lənkəran mayakı və Həzi Aslanovun ev muzeyi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti