...

İran dost kimi hərəkət etmədi -Berti Foqts

Cəmiyyət Materials 28 Avqust 2008 17:52 (UTC +04:00)
İran dost kimi hərəkət etmədi -Berti Foqts

Azərbaycan, Bakı, 28 avqust / Trend müxbir T.Cəfərov/ Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts İranın futbol komandası ilə oyundan sonra keçirdiyi mətbuat konfransında İranın Futbol Federasiyasının təşkilatçılığından şikayətlənib.

"Biz İrana dostluq görüşü keçirməyə gəlmişdik, iranlıların qonaqpərvərliyini hamı bilir. Amma iranlılar, gözlədiyimiz kimi, dostcasına hərəkət etmədi" - Foqts mətbuat konfransında deyib.

Avqustun 27- də İran-Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçirib. Oyun İran yığmasının 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Foqts bildirib ki, Azərbaycan İranda başqa cür qarşılanmağı gözləyirdi. "Aeroportda Azərbaycan yığmasını bir saat yarım gözlədiblər. Hoteldə də oyunçularımıza gözlədiyimiz şərait yaradılmamışdı. Azərbaycan İranla dost və qonşu ölkədir, yaxşı olardı ki, İran bu ölkənin futbolçularına daha ehtiramla yanaşaydı" - baş məşqçi əlavə edib.

Foqts İran yığmasının oynundan razı qaldığını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti