Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in Bakı ofisi Azərbaycan jurnalistləri üçün 200 ədəd xüsusi gödəkcə hazırlayıb. "Gödəkclər gələn həftə KİV-lərə paylanacaq", -deyə çərşənbə günü ATƏT-in Bakı ofisində Azərbaycanın mətbuat nümayəndələri üçün hazırlanan xüsusi gödəkcələrin təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O qeyd edib ki, gödəkcələrin 70 KİV-ə paylanması nəzərdə tutulub.
Trend -un arayışı: Azərbaycan Mətbuat Şurası üç il əvvəl jurnalistlər üçün 350 ədəd xüsusi fərqləndirmə gödəkcələri hazılayıb. Ondan 300 ədədi jurnalistlərə paylanılıb.
"Polis icazəsiz aksiyaların qarşısını alanda bu gödəkcələr vasitəsi ilə jurnalistləri digər iştirakçılardan fərqləndirə biləcək. Eyni zamanda, bəzi jurnalistlər icazəsiz aksiyalara öz vəzifələrin yerinə yetirmək üçün deyil, iştirakçı kimi gedirlər. Polis onları digər şəxslərlə birlikdə saxlayıb bölmələrə aparır. Hətta, aksiya iştirakçısı olan jurnalitlər də xüsusi gödəkcələrdə olmalıdırlar", - deyə Mətbuat Şurasının sədri əlavə edib.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirib ki, gödəkcələri bütün jurnalistlərə paylanması üçün Mətbuat Şurasına təqdim edəcəklər: "Məqsəd bütün ictimai tədbirlər, nümayiş və küsə yürüşləri zamanı jurnalistlərin digər şəxslərdən fərqlənməsidir. Bu, jurnalistlərin polis və digər hüquq-mühafizə orqanları tərəfindən tanınmasına gömək edəcək. Jurnalistlər hadisələri canlı işıqlandıran zaman gödəkcələr mətbuat nümayəndələrinin təhlükəsizliyini təmin edəcək. Bura mitinqlər, nümayişlər, eyni zamanda icazəsiz aksiyalar da daxildir".
O qeyd edib ki, bu layihə mətbuat azadlığnın təmin olunmasına gömək edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]