...

Azərbaycanın "Bakı" futbol klubu Türkiyə komandasına məğlub olub

Cəmiyyət Materials 8 Sentyabr 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Türkiyədə keçirdiyi ilk yoxlama oyununda məğlub olub. Bu barədə bazar ertəsi Trend -a klubun mətbuat xidməti məlumat verib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Bakı" "Antalyaspor" klubu ilə görüşdə 0:2 hesabı ilə məğlub olub.

"Antalyaspor" Türkiyə Superliqasında çıxış edir.

"Bakı" Azərbaycan Premyer-Liqasında keçirdiyi dörd oyundan sonra 10 xalla birinci yerdədir.

Komandanın baş məşqçisi makedoniyalı Qyoko Haciyevskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti