...

Türkiyənin ədliyyə naziri Azərbaycana gələcək

Cəmiyyət Materials 23 Sentyabr 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend ,  müxbir K.Zərbalıyeva/ Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələcək.

Sentyabrın 27-dək davam edəcək səfər Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəsmi dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində, türkiyəli qonaq azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fakir mübadiləsi aparılacaq.

Ədliyyə Nazirliytinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, səfər müddətində iki dövlət arasında hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb.

Azərbaycanla Türkiyə arasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında", iki ölkənin ədliyyə nazirlikləri arasında ikitərəfli əməkdaşlığa dair" saziş imzalanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti