...

Azərbaycan məhkəməsi narkotika satan İran vətəndaşına 10 il cəza verib

Cəmiyyət Materials 26 Sentyabr 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəməsi narkotika satdığı üçün həbs olunmuş İran vətəndaşına hökm oxuyub.

Cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Əmir Pur Bəhruzun məhkəməsi keçirilib.

Bu ilin mayın 7- də Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat zamanı, İran vətəndaşı 3,5 kiloqram heroin satarkən həbs olunub.

Məhkəmənin hökmü ilə Əmir Pur Bəhruz 10 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda cəza çəkən əcnəbi məhkumların böyük əksəriyyəti İran vətəndaşlarıdır.

Onların böyük qismi narkotka cinayətlərinə görə məhkum olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti