...

Azərbaycanın Tələbə Qəblu üzrə Dövlət Komissiyasının metodiki vasitələri xüsusi qoruyucu nişanla nəşr etdirilib

Cəmiyyət Materials 10 Oktyabr 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Tələbə Qəblu üzrə Dövlət Komissiyasının (TQDK) metodiki vasitələri xüsusi qoruyucu qoloqrama ilə nəşr etdirilib.

"Çox təəssüf ki, illər boyu metodiki vasitələrin saxta nəşrləri buraxılıb. Bu saxtakarlığa qarşı mübarizə məqsədilə yeni xüsusi qoruyucu mexanizm hazırlanıb və bu il üçün yeni nəşr olunmuş metodik vasitələr xüsusi nişanla nəşr etdirilib", - deyə TQDK sədri Məleykə Abbaszadə cümə günü mətbuat konfransında bildirib.

Trend -un arayışı: Bu ilin avqustunda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan şəxslər saxlanılmışdı.

Abbaszadə bildirib ki, Dövlət Komissiyasının nəşr etdirdiyi metodik vasitələr nəşr olunduğu ilin proqramına aid olur. "Saxta vasitələrdə isə yeni üz qabıqları ilə əvvəlki illərin tapşırıqları nəşr olunur. Saxtakarlar həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qoloqramını da saxtalaşdıra biliblər", - deyə TQDK sədri bildirib.

Abbaszadə həmçinin bildirib ki, bəzi müəlliflər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adından istifadə edərək test kitabları nəşr etdirib. "Həmin müəlliflər keyfiyyətsiz məhsulunu satmaq məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adından istifadə edirlər", - deyə TQDK sədri bildirib.

O qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adından nəşr olunmuş test kitablarında "Tələbənin Qabiliyyəti Dövlətin Keyfiyyətidir" (TQDK) şüarı göstərilməklə TQDK-nın loqosu istifadə olunub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti