Azərbaycan, Bakı, 14 oktyabr / , müxbir K. Zərbalıyeva/ Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva çərşənbə axşamı Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb.
Görüşdə seçkiöncəsi proseslərlə bağlı müzakirələr aparılıb. Hüquq müdafiəçisi seçki prosesinin gedişi, prezidentliyə namizədlərə qeyri - bərabər imkanların yaradılması, əhalinin seçkilərə münasibəti barədə Semnebiyə ətraflı məlumat verib.
Abdullayeva seçki günü "Azad və Ədalətli Seçkilər Uğrunda" Məşvərət Şurasıvnın qərargahında "Qaynar xətt"in fəaliyyət göstərəcəyini də AB rəsmisinin diqqətinə çatdırıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]