...

Xarici radiostansiyaların yayımının dayandırılması haqqında qərar siyasiləşdirilir – Azərbaycan Milli Televiziya və Radio Şurasının rəhbəri

Cəmiyyət Materials 1 Noyabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) hesab edir ki, xarici  radiostansiyaların yayımının dayandırılması haqqında qərar siyasiləşdirilir.

"Təəssüf ki, bəzi qurumlar Şuranın xarici radiostansiyaların yayımının dayandırılması haqqında qərarını siyasiləşdirirlər. Bu qərar hüquqi cəhətdən əsaslandırılıb", - Azərbaycan  MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli şənbə günü Trend -a bildirib.

Məhərrəmli cümə günü bildirib ki, 2009-cu ilin sonunadək Azərbaycan ərazisində "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın səsi" radiostansiyasının birbaşa efirdə yayımı dayandırılacaq.

"Cari ilin sonundan bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcəklər", - Məhərrəmli bildirib. Onun sözlərinə görə, xarici radiostansiyalar peyk, internet və kabel şəbəkəsi vasitəsilə yayımlanacaq.

"Amerikanın radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımlanmaq hüququ varsa, o zaman Rusiya, Türkiyə, İranın da radiostansiyalarına bu hüquq verilməlidir. Şura bunun qarşısını almaq üçün bu məsələni birdəfəlik həll edəcək", - Məhərrəmli bildirib.

Onun sözlərinə görə, xarici radiostansiyaların yayımı dayandırılacaq Azərbaycanın milli tezlikləri yeni yaradılacaq milli radiostansiyalara veriləcək. "Xarici radiostansiyalar və televiziya kanallarının Azərbaycanda yayımlanması dayandırılacaq", - Məhərrəmli bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti