...

Bakı metrosunda qatarlardan birində sərnişinlər evakuasiya olunub, zərərçəkən yoxdur

Cəmiyyət Materials 1 Noyabr 2008 16:25 (UTC +04:00)
Bakı metrosunda qatarlardan birində sərnişinlər evakuasiya olunub, zərərçəkən yoxdur

Azərbaycan, Bakı, 1 noyabr / Trend ,/ Bu gün Bakı metrosunun "Məşədi Əzizbəyov" və "Qara Qarayev" stansiyaları arasında qatarlardan birində baş vermiş texniki nasazlıq üzündən yeraltı nəqliyyatın hərəkətində problem yaranıb.

"Nasaz vəziyyətdə olan həmin qatar hazırda yedəkdə depoya aparılır" - deyə Trend -a Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov açıqlama verib.

Onun sözlərnə görə, hadisə zamanı zərərçəkən olmayıb.

Qatarda nasazlıq baş verən zaman sərnişinlər hadisə yerindən evakuasiya olunublar.

Hadisə ilə əlaqədar qatarların Bakı metrosunun hərəkətində gecikmə müşahidə olunub.

Ən son məlumata görə, hazırda Bakı metropolitenində qatarların hərəkəti bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti