...

"Bakı" klubu yeniyetmə futbolçular arasında keçirilən çempionatda saxtakarlığın olmasından şikayət edib

Cəmiyyət Materials 3 Noyabr 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə keçirilən "Sabahın ulduzları" adlı paytaxt çempionatında yeniyetmə futbolçuların sənədləri saxtalaşdırılır. Bu barədə bazar ertəsi Trend -a "Bakı" futbol klubunun mətbuat xidməti məlumat verib.

"Sabahın ulduzları" çempionatı üç ildir ki, keçirilir. Çempionatın oyunları "Şəfa" stadionunda təşkil olunur.

"Bakı" klubunun rəhbərliyi BFF-yə müraciət edərək, futbolçuların sənədlərindəki saxtalaşdırma halları ilə bağlı araşdırma aparılmasını tələb edib.

"Bəzi məşqçilər onlara yaradılmış şəraitdən yararlanmaq əvəzinə, yeniyetmə futbolçuların sənədlərini saxtalaşdırmaqla yüksək nəticələr qazanmağa üstünlük verirlər", - "Bakı" klubunun müraciətində bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti