...

Azərbaycanın "Neftçi" klubunun almaniyalı baş məşqçisi Premyer-Liqa oyununda xal itirəcəklərindən ehtiyat edir

Cəmiyyət Materials 6 Noyabr 2008 15:25 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunun almaniyalı baş məşqçisi Premyer-Liqa oyununda xal itirəcəklərindən ehtiyat edir

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun almaniyalı baş məşqçisi Hans Yurgen Gede hesab edir ki, "Qarabağ"la oyunun favoriti rəqib komandadır.

"Qarabağ" - "Neftçi" oyununun favoriti rəqib komandadır. Çünki bizim komandada xeyli dəyişiklik olub, heyətimizdə gənc futbolçular çoxluq təşkil edir. Amma indidən oyunun necə nəticələnəcəyini demək olmaz", - cümə axşamı Trend -a Gede deyib.

Azərbaycan Premyer-Liqasının 10-cu turu çərçivəsində "Qarabağ" - "Neftçi" görüşü noyabrın 8-də keçiriləcək.

Gede bildirib ki, "Qarabağ"la oyundan əvvəl "Neftçi"də bəzi problemlər var.

"Futbolçularımızdan Rail Məlikov və Joze Karlos zədəlidir. Samir Əliyev də istənilən səviyyədə oynamağa tam hazır deyil", - deyə baş məşqçi əlavə edib.

Hazırda hesabında 9 xal olan "Neftçi" Premyer-Liqada 10-cu, "Qarabağ" isə 16 xalla 6-cı yerdədir.

Almaniyalı baş məşqçi bildirib ki, "Neftçi"nin Azərbaycan kubokunda mərhələ keçməsi gənc futbolçuların çoxluq təşkil etdiyi komandaya olan inamı artırıb.

"Neftçi" kubokun 1/8 final mərhələsinin hər iki oyununda MOİK klubunu məğlub edib - 2:1, 3:0.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti