Azərbaycan, Bakı, 18 noyabr/ Trend News, müxbir R.Ergün/ Azərbaycanın Güləş Federasiyası hesab edir ki, bölgələrində güləşçilərin yetişdirilməsi aşağı səviyyədədir.
"Çox təəssüf ki, bölgələrdə güləşçilərin yetişdirilməsi aşağı səviyyədədir. Rayonlarda yeni idman zalları tikilməlidir, köhnələr bərpa olunmalıdır", Azərbaycan Güləş Federasiyasının bu gün keçirilən 5-ci konfransında federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov deyib.
Qurbanov bildirib ki, Azərbaycanda yeni güləş bazası yaradılacaq.
"Bazanın tikintisinə Pekin Yay Olimpiya Oyunlarının keçirildiyi İdman Kompleksinin tikintisində iştirak edən mütəxəssislər cəlb olunacaq", - deyə Qurbanov əlavə edib.
Azərbaycan güləşçiləri Pekin Olimpiadasında 4 medal qazanıb. Yunan-Roma güləşi üzrə milli komandanın üzvləri - Rövşən Bayramov və Vitali Rəhimov gümüş, Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov bürünc medala sahib çıxıb.
Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]