...

Bakıda cəza çəkən naxçıvanlı məhkumların köçürülməsi yubanır

Cəmiyyət Materials 20 Noyabr 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda cəza çəkən naxçıvanlı məhkumların Naxçıvanda istifadəyə verilmiş müəssisəyə köçürülməsi ləngiyir.

Trend -un məlumatına görə, bu haqda cümə axşamı jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib və bildirib ki, həmin müəssisədə peşəkar kadrlar olmadığından bu prosesin həyata keçirilməsi təxirə salınıb.

"Naxçıvandakı cəzaçəkmə müəssisəsi üçün peşəkar kadrların hazırlanması üçün tədbirlər görülür. Kadrların hazırlığı həyata keçirilir", - deyə nazir müavini bildirib.

Ələkbərovun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin şəxsi heyəti tam komplektləşəndən sonra paytaxtdakı və digər regionlardakı cəzaçəkmə müəssisələrində cəza çəkən Naxçıvandan olan məhkumların həmin müəssisəyə köçürülməsinə başlanılacaq.

Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təqribən 300-dən artlıq Naxçıvan MR-də qeydiyyatda olan məhkumlar və istintaq altında olan şəxslər var.

Naxçıvanda inşa olunan qarışıq rejimli müəssisədə istintaq təcridxanası, ümumi və ciddi rejimli, qadın və yeniyetmə məhkumlar üçün korpuslar var.

Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmət yeni fəaliyyətə başlayıb. Penitensiar Xidmətə 400-dən yuxarı ştat vahidi verilib.

Azərbaycanda 18 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti