...

Azərbaycanın şahmat yığması Oimpiadada İngiltərə ilə heç-heçə edib

Cəmiyyət Materials 21 Noyabr 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasında İngiltərə millisi ilə heç-heçə edib.

Azərbaycan yığmasının heyətində Teymur Rəcəbov keçirdiyi görüşü heç-heçə başa çatdırıb. Şəhriyar Məmmədyarov isə məşhur qrossmeyster Naycel Şorta məğlub olub. Yalnız Vüqar Həşimovun qələbə qazanması Azərbaycan yığmasının ümumi hesabda uduzmamasına səbəb olub - 2:2.

Azərbaycanın qadınlardan ibarət yığma komandası isə Slovakiya millisi ilə görüşdə qələbə qazanıb - 2,5:1,5.

Hazırda Azərbaycanın kişilərdən ibarət yığma komandası yarış iştirakçıları arasında 10-cu yerdədir. Yeddi turdan sonra turnir cədvəlində birinci yeri Ermənistan millisi tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti