Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir İmdad Əlizadə/ Rusiya yığma komandasının Azərbaycanın paytaxtı Bakıda hərbçi-boksçular arasında keçirilən 52 - ci Dünya çempionatında (DÇ) iştirak etməməsinin səbəbləri məlum olub.
"Rusiya Mərkəzi Ordu İdman Klubu çempionata 10 gün qalmış Bakıya gələcəklərini deyirdi. Amma sonradan gəlməkdən imtina etdilər. Rusiya yığması DÇ-də uğursuz çıxış edib. Görünür, buna görə Bakıya gəlməyiblər", - cümə axşamı Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi Natiq Əliyev keçirdiyi mətbuat konfransında deyib.
Əliyev bildirib ki, Rusiya yığması uğursuzluqdan qorxub.
"Rusiya yığması həmişə DÇ-nin favoritlərindən olub. Bu dəfə isə vəziyyət fərqli idi. Əksər üzvləri ordudan təxris olunduğundan, komanda çox zəiflyib. Uğursuzluqdan qorxduqları üçün yarışda iştirak etmək istəməyiblər".
Əliyev qeyd edib ki, Rusiya tərəfi Bakıya gəlməmələrini ordudakı maliyyə böhranı ilə izah edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]