...

Azərbaycanın "Simurq" klubu ikinci dövrənin hazırlıqlarına yanvarın 10-dan sonra başlayacaq

Cəmiyyət Materials 2 Dekabr 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" klubunun futbolçuları və məşqçiləri məzuniyyətə buraxılıb. Bu barədə Trend -a "Simurq"un mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, "Xəzər-Lənkəran"la oyundan sonra məzuniyyətə yollanan komanda üzvləri 2009-cu ilin yanvar ayının ilk günlərində yenidən klubun düşərgəsinə qayıdacaqlar.

"Simurq" - "Xəzər-Lənkəran" oyunu 2:2 hesabı ilə başa çatıb.

Komanda ikinci dövrənin hazırlıqlarına yanvarın 10-dan sonra başlayacaq. Hazırlıq planı yaxın günlərdə məlum olacaq.

Hesabında 28 xalı olan "Simurq" Azərbaycan Premyer-Liqasının birinci dövrəsini 3-cü pillədə başa vurub. Komandanın baş məşqçisi ukraynalı Roman Pokoradır.

"Simurq" Azərbaycanın Zaqatala şəhərini təmsil edir. Klub 2005-ci ildə yaradılıb və bir il sonra ölkə çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti