...

İSESCO Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını pisləyir

Cəmiyyət Materials 2 Dekabr 2008 14:34 (UTC +04:00)
İSESCO Ermənistan tərəfindən  Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını pisləyir

Azərbaycan, Bakı, 02 dekabr/ Tren , müxbir N.Abdullayeva/ İSESCO Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını pisləyir.

"İşğal olunmuş ərazilərdə abidələrin dağıdılması beynəlxalq hüquqa və BMT-nin bütün prinsiplərinə ziddir və bu yolverilməzdir", - Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Abdüləziz Osman Əl-Tüveycri çərşənbə axşamı Bakıda jurnalistlərə deyib.

"İSESCO bu məsələdə Azərbaycanı tam dəstəkləyir", - Əl-Tüveycri bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan AŞPA qarşısında işğal olunmuş ərazilərində qalan tarixi və mədəni abidələrin vəziyyətinin öyrənilməsi üçün həmin bölgəyə qurumun mədəni irs missiyasının göndərilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan artıq məhv edilmiş və dağıntılara məruz qalan abidələrin siyahısını missiyaya təqdim edib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti