...

ABŞ Hərbi Dəniz Qüvvələri ali məktəbinin ilk azərbaycanlı məzunu olub

Cəmiyyət Materials 10 Dekabr 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir C.Babayeva/ ABŞ Hərbi Dəniz Qüvvələri ali məktəbinin (Naval Postgraduate School) ilk azərbaycanlı məzunu Tamerlan Vahabov olub. Azərbaycan Xarici İşlər Nazirliyinin üçüncü katibi Vahabov "Beynəlxalq təhlükəsizlik və müdafiə" ixtisası üzrə magistr dərəcəsi alıb. Vahabov təhsil aldığı müddətdə təqdimatlar keçirib və Azərbaycanın xarici və daxili siyasətinin daha aktual məsələləri, məxsusi olaraq Dağlıq Qarabağ ətrafında yaranmış Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazda təhlükəsizliyə həsr olunmuş forumlar təşkil edib.

ABŞ Hərbi Dəniz Qüvvələri ali məktəbi ABŞ Müdafiə Nazirliyinin nəzdində akreditə olunmuş ali təhsil müəssisəsidir və Kaliforniya ştatının Montere şəhərində yerləşir. Məzunlar "Beynəlxalq təhlükəsizlik", "Biznes inzibatçılığı üzrə magistr", "Mühəndislik" üzrə fəlsəfə elmləri doktoru və magistr dərəcəsi alırlar. Tələbələrin əksəriyyəti amerikalı və əcnəbi hərbçilər və diplomatlardır. Prfessor-müəllim heyətinin tərkibinə dünyanın daha çox tanınmış ali təhsil müəssisələrinin məzunları daxildir. ABŞ Hərbi Dəniz Qüvvələri ali məktəbi milli və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış universitetlərin reytinq siyahısında həmişə yuxarı pillələri tutub.

Bu il ABŞ Hərbi Dəniz Qüvvələri ali məktəbində Azərbaycanın daha iki nümayəndəsi təhsil almağa başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti