...

Azərbaycanın "Neftçi" klubu Avstraliyadan olan futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 10 Dekabr 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu Avstraliydan olan futbolçu ilə müqavilə bağlayıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Müdafiəçi mövqeyində çıxış edən Con Tamburas adlı futbolçu "Neftçi"yə gələnə kimi İrlandiyanın "Droqheda" klubunda oynayıb. O, Yeni Zelandiya, Malayziya və Yunanıstanda da çıxış edib.

29 yaşı olan Tamburas Azərbaycan Premyer-Liqasında çıxış edən ilk avstraliyalı futbolçu olacaq.

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti