...

İslam dövlətlərinin qadın idmanının inkişaf perspektivləri Bakıda müzakirə olunacaq

Cəmiyyət Materials 17 Dekabr 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir C.Babayeva/ Bakıda dekabrın 21- 23 - də İslam dövlətləri Qadın və İdman Assosiasiyası İdmanın İnkişafı Komitəsinin "Təhsil, Mədəniyyət və İdman sahəsində Qadın idmanının inkişaf perspektivləri" adlı illik yekun iclası keçiriləcək.

İllik yekun iclasda Assosiyasiyaya üzv dövlətlərin qadın idmanının inkişafını sürətləndirməsi və təhsil, mədəniyyət və idman sahələrinin inkişafı məsələləri müzakirə olaunacaq,- çərşənbə günü Trend - a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Tədbirə Assosiasiyanın prezidenti Zəhra Yusefi, Yəmən, İraq, Banqladeş, Tacikistan, Sudanın Olimpiya Komitələri və gənclər və idman nazirliklərinin nümayəndələri dəvət olunub.

İslam dövlətləri Qadın və İdman Assosiasiyasının İdmanın İnkişafı Komitəsinin illik yekun iclasının Azərbaycanda keçirilməsi barədə qərar bu ilin oktyabrında Mili Olimpiya Komitəsinin dəstəyi ilə qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti