...

Azərbaycanın təhsil naziri 2008-ci ili uğurlu qiymətləndirib

Cəmiyyət Materials 10 Yanvar 2009 12:20 (UTC +04:00)
Azərbaycanın təhsil naziri  2008-ci ili uğurlu qiymətləndirib

Azərbaycan, Bakı, 10 yanvar/ Trend ,müxbir C.Babayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov 2008-ci ili təhsil sahəsi üçün uğurlu qiymətləndirir. Nazir şənbə günü jurnalistlərə bildirib ki, təhsilin bütün pillələrində uğur əldə olunub.

"Təəssüf ki, təhsil sahəsində olan problemlərin hamısı öz həllini tapmayıb. Əsas odur ki, bu problemlər nazirliyə məlumdur", - deyə o bildirib.

Mərdanov ötən il təhsil sahəsində əsas uğurlar kimi yeni məktəblərin tikintisini, ali təhsil müəssisələri infrastrukturlarının dəyişdirilməsini, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizini, ibtidai siniflərdə milli kurrikulumun tətbiqini göstərib.

Nazir bildirib ki, bu il Təhsil Nazirliyi 14 dövlət proqramı üzrə işləri davam etdirəcək. "Cari ildə həyata keçiriləcək əsas planlar ali təhsillə bağlıdır. Ali təhsilin inkişafı üzrə Dövlət Proqramı hazırdır və onun yaxın günlərdə imzalanacağı gözlənilir. Azərbaycanda təhsilin bütün pillələri elmi-əsaslandırılmış proqramlar üzrə inkişaf edəcək", - deyə Mərdanov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti