...

Bütün Qafqazın şeyxi heç vaxt Allah evinin sökülməsinin tərəfdarı olmayıb - QMİ

Cəmiyyət Materials 12 Yanvar 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.

"Bütün Qafqazın şeyxi heç vaxt Allah evinin sökülməsinin tərəfdarı olmayıb", - bazar ertəsi Trend - a QMİ xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.

Trend - un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28 - də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  məscidin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Payızov hesab edir ki, məscidin tikintisinə qanunsuz icazə verənlər cəzalandırılmalıdır.

.Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]         

Xəbər lenti

Xəbər lenti