...

Azərbaycanın Dövlət Komitəsi Rusiya zəvvarlarını ölkəyə yayımı qadağan olunan dini kitabları keçirməkdə günahlandırıb

Cəmiyyət Materials 13 Yanvar 2009 11:42 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 yanvar / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Rusiya zəvvarlarını ölkəyə yayımı qadağan olunan dini kitabları keçirməkdə günahlandırıb.

Azərbaycanın cənubunda yerləşən Astara rayonunda (paytaxt Bakıdan 300 km məsafədə) qanunsuz dini ədəbiyyatın ölkəyə keçirilməsinin qarşısı alınıb və bununla bağlı ümumu hesabat hazırlanıb, çərşənbə axşamı Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub regional şöbəsinin rəhbəri Miryəhya Bədirov bildirib.

Onun sözlərinə görə, Astara Gömrük Keçid Məntəqəsinin şöbənin əməkdaşları ilə keçirdikləri tədbirlər zamanı Rusiya zəvvarlarının Azərbaycana keçirmək istədiyi 8 adda 4000 dini kitab aşkarlanıb.

Kitabların əksəriyyəti qırğız və rus dillərində olub. Yerində keçirilən baxış zamanı onların qanunsuz dini ədəbiyyat olduğu müəyyənləşdirilib və müsadirə olunub. Aşkar olunan dini kitablar bu ilin hesabatına salınıb.

Ötən il ərzində regional şöbənin (Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik) müvafiq qurumların əməkdaşları ilə birgə Gömrük Keçid Məntəqələrində və mağazalarda keçirdiyi reydlər zamanı 16 adda 1300 dini ədəbiyyat aşkarlanıb və müsadirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti