...

Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 13 Yanvar 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Krasnoyarsk şəhərində, ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Yanvarın 21-də başlayacaq turnir yeddi gün davam edəcək.

Turnirdə Azərbaycanı doqquz idmançı təmsil edəcək. 2008-ci ildə keçirilən Pekin Olimpiadasının iştirakçıları olmuş Çamsulvara Çamsulvarayev və Namiq Sevdimov kimi güləşçilər də beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Azərbaycanın sərbəst güləşçiləri Rusiyaya baş məşqçi Maqomedxan Aratsilovun rəhbərliyi altında gedəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti