...

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib

Cəmiyyət Materials 17 Yanvar 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib.

Səfirliyin mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, faciə ilə bağlı press-relizlər hazırlanaraq Türkiyə Xarici İşlər Nazirliyi və ölkədə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərə göndəriləcək.

Səfirliyin tövsiyəsiylə Türkiyədə təhsil alan tələbələrimizin iştirakı ilə ölkənin müxtəlif bölgələrində faciəylə bağlı tədbirlərin həyata keçirilməsinə başlanıb (14 yanvarda Konyada, 17 yanvarda İzmirdə, 20 yanvarda isə İstanbul və Samsunda).

Həmçinin 20 yanvar günündə səfirliyimizdə Ankarada təhsil alan tələbələr və burada yaşayan soydaşlarımızın iştirakı ilə anma mərasimi keçiriləcək.

Bunlardan əlavə, səfirliyin "Türkiyə Radio Televiziya" (TRT) Şirkətinə təqdim etdiyi 20 Yanvar faciəsi ilə bağlı film Şirkətlə danışıqlar zamanı əldə edilən razılığa əsasən, -- faciə günü bütün xəbərlər proqramlarında işıqlandırılacaq, KİV-lərə faciə ilə bağlı məlumat xarakterli informasiyalar göndəriləcək.

Trend -un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 131 insan öldürülüb, onlardan 117-si azərbaycanlı, 6 nəfəri rus, 3 nəfəri yəhudi, 3 nəfəri tatar olub. 744 adam ağır xəsarət alıb, 4 şəxs itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti