...

AFFA - nın Baş katibi futbol veteranları ilə görüşüb

Cəmiyyət Materials 27 Yanvar 2009 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) Baş katibi Elxan Məmmədov bu gün futbol veteranları - Əhməd Ələsgərov və Nikolay Boqdanovla görüşüb. Bu barədə çərşənbə axşamı Trend - a AFFA - nın mətbuat xidmətindən məlumat verilib.

Hər iki futbol veteranı Bakıda keçirilən 2 - ci Beynəlxalq Futzal Turnirinin bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana dəvət olunub.

Görüşdə Azərbaycan futbolu müzakirə edilib, inkişaf prespektivləri barədə fikir mübadiləsi aparılıb. Əhmədov və Boqdanov futbolun inkişafı ilə bağlı AFFA-nın Baş katibinə öz tövsiyələrini veriblər.

Görüşdən sonra Məmmədov veteran futbolçuları AFFA tərəfindən inşa edilmiş Futbol Akademiyası ilə tanış edib.

Ələsgərov Azərbaycanın ən təcrübəli futbol məşqçilərindən hesab olunur. Uzun illərdir Ukraynada yaşayan mütəxəssis əvvəllər futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti