Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçılar - Azər Mirzəyev və Ülvi Bacarani İranda keçiriləcək "Fəcr" turnirində iştirak edəcəklər. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.
Bu gün başlayacaq turnir fevralın 10-dək davam edəcək.
Mətbuat xidmətinin məlumatına görə, İranın Rəşt şəhərində təşkil olunacaq "Xəzər" adlı digər turnirdə isə Azərbaycanın 20-yə yaxın şahmatçısı iştirak edəcək.
"Xəzər" turniri fevralın 11-də başlayacaq və dörd gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]