Rusiya, Moskva, 03 fevral/ Trend , müxbir R.Ağayev/ "Bütün dünyada sülh, razılıq və sabitlik xristianlar və müsəlmanlar arasında münasibətlərin qurulmasından asılıdır. Və bu mənada RPK müsəlmanlarla əməkdaşlıq təcrübəsi, o cümlədən Qavqaz və Azərbaycan müsəlmanları ilə, hansını ki Siz gözəl təmsil edirsiniz, mükəmməldir ", Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni qəbul edərkən deyib.
Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin və Qavqaz müsəlmanlarının təbrikini çatdırdı.
Şeyxülislam gələcəkdə Patriarxla səmərəli görüşlərin keçirilməsinə ümidvarolduğunu bildirib və Kirili Azərbaycana dəvət edib. "Əminəm ki, gələcəkdə də biz xalqlarımız və ölkələrimiz naminə işləyəcəyik", Paşazadə deyib.
Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin təbrikini çatdırdı. "Biz diplomatlar Sizin RPK xarici əlaqələr məsələləri ilə məşqul olmağınıza və bunun üçün Sizinlə işləmək, o cümlədən Bakıda keçirilməsi nəzərdə tutulan dinlərarası dialoqun və əməkdaşlıq konfransının təşkil olunması məsələlərində işləmək asan olmasına çox sevinirik", səfir deyib.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxə Azərbaycan prezidentinin təbriklərinə və səfərinə görə minnətdar olduğunu bildirdi. O, özünün patriarx taxtı-tacına seçilməsini əlamətdar hadisə adlandırdı. "Mənim patriarx vəzifəsinə seçiləmiyim - episkopatın, ruhanilərin, dindar insanların mənə göstərilən etimadıdır. Rusiya cəmiyətinin və MDB-də və Baltika ölkələrində yaşayan dünyavi insanların bu çətin bir vaxtda mənə dəstək olmalarına görə, Tanrıya minnətdaram", Kiril deyib.
Patriarx Azərbaycan prezidentinin göndərdiyi təbrikə görə minnətdarlığını bildirdi və xatırlatdı ki, onunla iki dəfə görüşmək imkanı olub. "Birinci dəfə, onun valideyninin evini ziyarət edəndə indiki prezident nahar vaxtı yaxınlaşdı. İkinci dəfə isə, Roma Papası İoan Pavel İkincinin Romada yas mərasimində. Biz qısa, lakin çox xoş söhbət etdik", Patriarx Şeyxə müraciətində dedi.
"Sizin özünüzün məni təbrik etmək üçün bura gəlməyiniz mənim üçün dostluq nişanəsidir. Müsəlmanlar və pravoslavlar arasında münasibətlər mənim peşəkar şəkildə məşqul olduğum mövzudur. Lakin "peşəkar" sözü mənim bu mövzuya olan münasibətimi tam əks etdirmir", Kirill deyib.
"Azərbaycan prezidentinin dinlərarası dialoq mövzusunu necə ürəyinə aldığı mənə məlumdur. Onun bu mövzuya aid təşəbbüsünü və Azərbaycan müsəlmanlarının digər dinlərin nümayəndələri ilə, bəlkədə, birinci növbədə pravoslavlarla, dostluq əlaqələrinin qrulmasına dəstək verməsini müsbət qiymətləndirirəm", - Kirill deyib.
O, pravoslav eparxiyanın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib.
"Mən Sizə və Azərbaycanın dövlət başçısına sizin ölkədə yaşayan pravoslav insanlara xeyirxax münasibət göstərildiyinə görə minnətdarlığımı bildirirəm", - Moskva və Bütün Rusiyanın Patriarxı deyib.