...

Azərbaycanda işçilərə yas və toy mərasimində iştirak etmək üçün məzuniyyət veriləcək

Cəmiyyət Materials 5 Fevral 2009 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda Əmək Məcəlləsinə ediləcək əlavəyə görə, yaxın qohumlarının yas və toy mərasimində iştirak etmək üçün işçiyə beş gün müddətinə məzuniyyət veriləcək, Trend -un məlumatına görə, cümə axşamı Məcələyyə ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən tədbirdə Milli Məclisin (parlament) Sosial qanunvericilik şöbəsinin sektor müdiri Mirhəşim Seyidov məlumat verib.
Məcəlləyə dəyişiklik və əlavələr 5 illik monitorinq əsasında həyata keçirilib. Monitorinqdə Ədliyyə, Maliyyə nazirlikləri, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Konfedarasiyası iştirak edib.
Əmək Məcəlləsi 1998-ci ildə qəbul edilib. Qüvvədə olan Məcəllədə yas və toy mərasimlərinə görə işçiyə məzuniyyətin verilməsi məsələsi yox idi.
Əmək Məcəlləsinin 33-cü maddəsində 120-yə yaxın əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Seyidov deyib ki, əlavə və dəyişikliyə əsasən, işləyən qadınlara hamiləlik və doğuşa görə verilən analıq məzuniyyətinin 250 günə çatdırılması təklif olunur.
Hazırda qüvvədə olan qanunvericilikdə analıq məzuniyyəti 126 gün nəzərdə tutulub.
Dəyişikliklərdən biri arvadı hamiləliyə və doğuşa görə məzuniyyətdə olan kişilərə təminatların verilməsi məqsədi daşıyır. Belə ki, həmin kişilərə işlədikləri müddətdən asılı olmayaraq, bu müddətdə növbədənkənar məzuniyyət verilə bilər.
Mösümi işlərdə çalışanlara mövsümün sonunda hər iş ayına görə 2 təqvim günü məzuniyyət verilməsi də təklif olunub.
Layihədə işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin dairəsi də genişlənib.
Belə ki, sağlamlıq imkanları məhdud olan 18 yaşında uşağı olan işçilərə 30, ailə, məişət və başqa sosial məsələləri təxirəsalmadan həll etmək məqsədilə işçiyə 14 təqvim günü ödənişsiz məzuniyyət verilə bilər.
Layihə ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə irəli sürülən təkliflər işçi qrupuna təqdim olunacaq.
MM-in Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, hazırlanan layihə qısa müddətdə parlamentə təqdim olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti