...

Azərbaycanın futbol yığması ilə "Slaviya" klubunun görüşəcəyi stadionun adı məlum olub

Cəmiyyət Materials 6 Fevral 2009 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir R.Ergün/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan yığmasının Çexiyanın "Slaviya" klubu ilə yoxlama oyunu keçirəcəyi stadionun adı məlum olub. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması ilə "Slaviya" arasındakı oyun "Cəbel Əli" stadionunda keçiriləcək.

Fevralın 7-də keçiriləcək oyun saat 16.30-da başlayacaq.

Azərbaycan millisi Dubay toplanışı çərçivəsində ilk yoxlama oyununu Özbəkistan yığması ilə keçirib və görüş 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan komandası toplanış çərşivəsində sonuncu oyununu fevralın 11-də, Küveyt millisinə qarşı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti