...

Azərbaycanın Mətbuat Şurası "reket" qəzetlərlə bağlı növbəti müzakirələrini aparıb

Cəmiyyət Materials 11 Fevral 2009 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın Mətbuat Şurasının İdarə Heyəti "reket" qəzetlərlə bağlı növbəti iclas keçirib.

"Azərbaycan" nəşriyyatında İdarə Heyətinin keçirdiyi toplantıda ötən il dekabrın 26-da "reket" qəzetlərlə bağlı Şuranın qəbul etdiyi qərar ətrafında müzakirə aparılıb", - çərşənbə günü Trend -a Mətbuat Şurasının (MŞ) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası ilin əvvəlində 2008-ci ildə "reket" elan olunan 36 qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, "Azərbaycan" nəşriyyatının bu prosesə reaksiyası məsələnin ictimai mahiyyətini qabardan önəmli cəhətlərdəndir.

"Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov Şuranın "reket" qəzetlərlə bağlı açıqlamalarını problemlə mübarizədə ən təsirli metod adlandırıb. "O, rəhbərlik etdiyi qurumun "reket" qəzetlərlə mübarizədə Mətbuat Şurası ilə bu istiqamətdəki əməkdaşlığının genişləndiriləcəyini əlavə edib", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti