...

AFFA-nın baş katibi UEFA-nın bu gün keçiriləcək iclasında iştirak edəcək

Cəmiyyət Materials 16 Fevral 2009 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək UEFA-nın FAİR PLEY və Sosial Məsuliyyət Komitəsinin iclasında iştirak edəcək. Bu barədə bazar ertəsi Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

Məmmədov hazırda UEFA-nın FAİR PLEY və Sosial Məsuliyyət Komitəsi sədrinin ikinci müavini vəzifəsini daşıyır. AFFA-nın baş katibinin bu vəzifədə səlahiyyət müddəti bu il, iyunun 30-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti