...

Azərbaycanlı futbolçu Türkiyə çempionatında qol vurub

Cəmiyyət Materials 23 Fevral 2009 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" klubunda çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanov "Kardemir Karabükspor"la oyunda komandasına qələbə qazandıran qollardan birini vurub.

"Kardemir Karabükspor"la səfərdə oynayan "Boluspor" 2:0 hesabı ilə qələbə qazanıb.

Qurbanov komandasının birinci qolunu vurub.

Azərbaycanlı futbolçu türkiyəli jurnalistlər tərəfindən yüksək qiymət alıb.

Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" hazırda 37 xalla 6-cı yerdədir.

Qurbanov "Boluspor"dan əvvəl Türkiyənin "Fənərbaxça" və "Sivasspor" klublarında da çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti