...

"Simirq" klubunun futbolçusu Azərbaycan yığmasına dəvət olunub

Cəmiyyət Materials 24 Fevral 2009 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir R.Ergün/ "Simurq" klubunun futbolçusu Sergey Sokolov Azərbaycan yığma komandasına çağırılıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Sokolov milli komandada "Neftçi" klubunun kapitanı Zaur Tağızadəni əvəz edib.

Azərbaycan yığması mart ayının 2-dən 5-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Əvvəlcə Tağızadənin Almaniyaya aparılacağı nəzərdə tutulsa da, yığmanın almaniyalı baş məşqçisi Berti Foqts onu Sokolovla əvəz edib.

Müdafiəçi mövqeyində çıxış edən Sokolov Azərbaycan yığma komandasına ilk dəfə Şahin Diniyevin baş məşqçi olduğu dövrdə dəvət olunub.

Azərbaycan yığması bu il, martın 28-də DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Rusiya millisi ilə görüşəcək. Oyun Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti