...

Azərbaycan kuboku oyununda "Qarabağ"la "Neftçi"nin şansları bərabərdir – baş məşqçi

Cəmiyyət Materials 24 Fevral 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir R.Ergün/

Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov ölkə kuboku oyununda "Neftçi" ilə şanslarının bərabər olduğunu düşünür.

"Neftçi" ilə oynamaq həmişə çətin olub. Bununla belə, hesab edirəm ki, kubok oyununda hər iki komandanın şansları eynidir. 50 faiz bizim, 50 faiz isə "Neftçi"nin qələbə qazanmaq şansı var",- çərşənbə axşamı Trend -a Qurbanov deyib.

"Qarabağ"la "Neftçi" arasında ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu sabah keçiriləcək.

Qurbanov deyib ki, "Qarabağ" klubu üçün ölkə kubokunu qazanmaq, Azərbaycan Premyer-Liqasında ikinci yeri tutmaqdan daha yaxşıdır.

"Əsas məqsədimiz UEFA kubokuna vəsiqə qazanmaqdır. Bunun üçün də ölkə kubokunun qalibi olmaq lazımdır. Avrokuboklara vəsiqəni Premyer-Liqada ikinci yeri tutmaqla da əldə etmək olar. Amma məncə, ölkə kubokunun qalibi olmaq, çempionatda ikinci yeri tutmaqdan daha yaxşıdır", - deyə baş məşqçi əlavə edib.

Qurbanov uzun müddət "Nefti"də futbolçu kimi çıxış edib və bu komandanın baş məşqçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti