Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir R.Ergün /
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Xəzər-Lənkəran" klubunu 3000 manat məbləğində cərimə edib. Bu barədə cümə günü Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.
"Xəzər-Lənkəran" klubunun cərimə olunmasının səbəbi "Bakı" ilə Azərbaycan kuboku oyununda azarkeşlər tərəfindən meydana plastik qabın atılması olub. Buna görə "Xəzər-Lənkəran" komandası 2000 manat cərimə olunub.
"Xəzər-Lənkəran" "Bakı" ilə Lənkəran şəhər stadionunda görüşüb və 0:1 hesabı ilə məğlub olub.
"Bakı" ilə görüşdə Lənkəran klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb ki, buna görə də "Xəzər-Lənkəran" əlavə olaraq, 1000 manat cərimə olunub.
"Xəzər-Lənkəran" klubunun baş məşqçisi İqor Ponomaryovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]