...

Azərbaycanın Zərdab rayonunda müasir texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib

Cəmiyyət Materials 3 Mart 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Zərdab  rayonunun Məlikli, Gödəkqobu və Yuxarı Seyidlər kəndlərində çərşənbə axşamı "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib.

"Gün ərzində 30 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Məlikli kəndinin 1805 nəfər əhalisi 15 bulaq, 20 m3 gücünə malik sutəmizləyici qurğunun fəaliyyəti nəticəsində Gödəkqobu kəndinin  1345 nəfər əhalisi 10 bulaq, Yuxarı Seyidlər kəndinin 760 nəfər əhalisi 8 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edə biləcək" - sutəmizləyici qurğuların açılış mərasimində iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib. 

Trend -un arayışı: Azərbaycan Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Prezidentin Sərəncamının icrası istiqamətində 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti