...

Azərbaycanda müsabiqədə uduzan QHT-lərin layihələrinə yenidən baxılıb

Cəmiyyət Materials 17 Aprel 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bаkı, 17 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyası bir QHT-nin layihəsinə ekspertlər səviyyəsində yenidən baxılmasını Şura Katibliyinə tövsiyə edib.

"Şuranın iclasında 2009-cu il üçün elan olunan maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 8 QHT-nin şikayət ərizəsi araşdırılıb", - cümə axşamı Trend -a Şura Katibliyinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: 30-dan artıq QHT onların təqdim etdiyi layihələrə yenidən baxılması ilə bağlı şikayət edib.

2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub. Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edib. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib. Müsabiqənin nəticələrinə görə, 226 layihə qalib elan olunub və onlara 1 milyon 848 min manat veriləcək.

2008-ci ildə isə Şuraya 365 təşkilat layihə ilə müraciət edib, 190 təşkilat müsabiqənin qalibi olub.

Komissiya elm və təhsil sahəsinə aid layihə təqdim edən, Azərbaycan Respublikası Təhsil Şurası, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyi, Məcburi Köçkünlər Cəmiyyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, "Yayım" Assosiasiyası, "Təhsil" Cəmiyyəti, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası və Təhsilin Harmonik İnkişafı İctimai Birliyinin apellyasiya şikayətlərinə baxıb. "Müzakirələrdən sonra Komissiya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin layihəsinın yenidən baxılmasını Şura Katibliyinə tövsiyə edib, qalan 7 təşkilatın layihəsi üzrə Şuranın maliyyə yardımı göstərməmək haqqında əvvəlki qərarı qüvvədə saxlanılıb", - məlumatda qeyd edilir.

Şura Katibliyinə daxil olan daha 29 QHT-nin şikayətinə isə Apellyasiya Komissiyasının növbəti iclaslarında baxılacaq.       

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti