...

Azərbaycan Premyer-Liqasının üç oyununa hakimlərin təyinatları verilib

Cəmiyyət Materials 18 Aprel 2009 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Premyer-Liqa komandalarının əsas heyətləri arasında keçirilən XXII tur oyunlarına hakim, hakim-inspektor və AFFA nümayəndələrinin təyinatı müəyyən olunub.

Peşəkar Futbol Liqasından şənbə günü Trend -a bildiriblər ki, aprelin 18-də keçiriləcək "Olimpik" - "Simurq" oyunun hakimləri Anar Salmanov, İlham Əliyev, İsgəndər Əliyev, Elçin Səmədli olacaq. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Rauf Hüseynli təyin olunub.

AFFA-nın qərarı ilə hakimlərin tərkibi oyuna ən azı bir gün qalmış açıqlanacaq.

Bu gün keçiriləcək "Qarabağ" - MOİKoyunun hakimləri Rauf Cabbarov, Roman Vasilyev, Ruslan Babayev, Zöhrab Əliyevdir. Hakim-inspektor Vaqif Davudov, AFFA-nın nümayəndəsi isə Şaiq Həmidovdur.

Aprelin 19-da keçiriləcək "Karvan" - "Muğan" oyunu isə Hacıəli Ağayev, Əliyar Ağayev, Elşən Durmuşov, Ramil Diniyevə tapşırılıb. Hakim-inspektor Əmir Zamanov, AFFA nümayəndəsi isə Səməd Qurbanov təyin olunub.

Sabah keçiriləcək "Bakılı" - "Turan" və "İnter" - "Neftçi" oyunlarına təyinatlar sabah açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti