...

UNICEF-in Azərbaycan nümayəndəliyi ali məktəbdə baş vermiş hadisə ilə bağlı Azərbaycan Hökumətinə öz yardımını təklif edib

Cəmiyyət Materials 1 May 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /  

UNICEF-in Azərbaycandakı nümayəndəliyi Dövlət Neft Akademiyasında baş vermiş hadisə lə bağlı Azərbaycan Hökumətinə öz yardımını təklif edib.  

UNİCEF-in nümayəndəliyi hadisədən zərər çəkənlərin ailələrinin və hadisə şahidlərinin psixoloji travmasının və hadisənin nəticələrinin aradan qaldırılmasına kömək etməyə hazırdır, cümə günü nümayəndəliyin yaydığı məlumatda bildirilib.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

UNICEF-in Azərbaycan nümayəndəliyi Dövlət Neft Akademiyasında baş verən kütləvi qətl hadisəsini pislədiyini bildirib. "UNICEF Azərbaycan xalqının kədərini başa düşür və onu bölüşür, günahsız mülki şəxslərə qarşı törədilən istənilən zorakılıq və qətl hadisəsini qətiyyətlə pisləyir", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti