...

Azərbaycanın sərbəst və yunan-roma güləşçiləri beynəlxalq turnirdə iştirak edəcək

Cəmiyyət Materials 12 May 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın sərbəst və yunan-roma güləşçiləri mayın 13-18-də Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, Azərbaycan bu yarışda 16 gənc güləşçi ilə təmsil olunacaq.

Sərbəst güləş üzrə Şəfiyev Əfrahim - 50 kq, Paşayev Azər - 55 kq, Dəmirov Cavid - 60 kq, Yusubov İbrahim - 66 kq, Ələkbərov Zaur - 74 kq, Bəkirov Roman - 84 kq, Asiyatilov Xangerey - 96 kq, Dzabişov Aslan - 120 kq iştirak edəcək.

Yunan-roma üzrə Balabəyov Səid - 50 kq, Məmmədov Taleh - 55 kq, Balaqədəşov Cəfər - 60 kq, Məmmədov Kamran - 60 kq, Cunayev Rəsul - 66 kq, Sadıxov Nicat - 74 kq, Tağıyev Murtuza - 84 kq, Hümbətov Səbuhi - 96 kq iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti