...

Bədii Gimnastika üzrə Avropa Çempionatında B qrupunun final çıxışlarının nəticələrinə əsasən Polşa irəlidədir

Cəmiyyət Materials 16 May 2009 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend D.İbrahimova/

Bədii Gimnastika üzrə Bakıda keçirilən Avropa Çempionatında B qrupunun final çıxışlarının nəticələrinə əsasən Polşa yığması 192.200 balla irəlidədir. İkinci yerdə 190.225 balla İtaliya, üçüncü yerdə isə 183.400 balla Gürcüstan qərarlaşıb.    

C qrupunun çıxışları isə yerli vaxtla 16:20-də start götürüb. Azərbaycan yığması güclülər qrupu olan A qrupunda qüvvəsini sınayır. A qrupunun çıxışları yerli vaxtla 18:40-da başlayacaq. 

2009-cu il Mayın 15-də Bakıda Bəddi Gimnastika üzrə 25-ci Avropa Çempionatı start götürüb. Yarışın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası üzərinə götürüb. Yarışlarda 32 ölkənin 186 gimnastı iştirak edir.

Xəbər lenti

Xəbər lenti