...

Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının Ermənistana qarşı şikayətlərini gələn il nəzərdən keçirəcək

Cəmiyyət Materials 19 May 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K. Zərbalıyeva /

Azərbaycan vətəndaşlarının Ermənistana qarşı şikayəti üzrə Avropa Məhkəməsi hər iki dövlətlə yazışmalar aparır, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə axşamı Trend -a bildirib.

Əsgərovun sözlərinə görə, altı Azərbaycan vətəndaşının şikayətində Laçın rayonunun Ermənistan tərəfindən işğal olunması nəticəsində həmin şəxslərin bir sıra insan hüquqlarının pozulması qeyd olunur.

"Bu şikayət ilə əlaqədar olaraq Azərbaycan hökuməti öz mövqeyini Avropa Məhkəməsinə bildirib, işin baxılması üçün zəruri olan bütün sənədləri təqdim edib", - səlahiyyətli nümayəndə vurğulayıb.

Əsgərovun sözlərinə görə, ehtimal etmək olar ki, şikayətin baxılması üçün məqbul olunması məsələsi gələn il nəzərdən keçiriləcək.

"Bu halda, Azərbaycan hökuməti də məhkəmə iclasında təmsil olunaraq, öz mövqeyini Avropa Məhkəməsi hakimlərinin diqqətinə çatdıracaq", - Əsgərov bildirib.

Əsgərov deyib ki, bu günə kimi Avropa Məhkəməsi Azərbaycan hökumətinə 127 şikayətlə bağlı bildirişlər və ya sorğular göndərilib. 40 şikayət üzrə yekun qərar qəbul olunub, bunlardan 16-da insan hüquqlarının pozulması müəyyən olunub, 24-ü isə rədd edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti